Siyasət

"Times of Israel": "Erməni lobbisi ABŞ-ın maraqlarının əməl olunmasına kömək etmir"

25 Oktyabr 2014 11:48
0 Şərh     Baxış: 1 081
ABŞ-dakı erməni lobbisi nüfuzlu qüvvədir, lakin bu qüvvə Birləşmiş Ştatların maraqlarının əməl olunmasına kömək etmir.

Trend-in məlumatına görə, bu barədə İsrailin "The Times of Israel" (timesofisrael.com) internet qəzetinin analitik bloqunda deyilir.

Müəllifin yazdığına görə, Ermənistanın Amerikadan ildə 90 milyon dollar yardım almasına kömək edən ABŞ-ın erməni lobbisi İsrail və Birləşmiş Ştatların müttəfiqi olan Azərbaycanın bu yardımı almasının qarşısını almaq üçün hər şey edir.

Məqalədə qeyd edilir ki, Ermənistanın maraqları ABŞ-ın maraqlarına uyğun deyil, bununla belə bu ölkənin erməni lobbisi Ermənistanın ABŞ-ın müttəfiqləri qismində baxılmayan ölkələrlə -İran və Rusiya ilə strateji əlaqələr üçün əlverişli şərait yaradır.

Müəllif sözlərinə görə, "Wikileaks" saytının 2010-cu ildə dərc etdiyi diplomatik yazışmalardan məlum oldu ki, Ermənistan İraqda amerikalı hərbçilərə qarşı istifadə olunan raket və pulemyotları İrana satıb.

Məqalədə deyilir ki, həmin vaxt ABŞ dövlət katibinin müavini Con Neqroponte Ermənistan prezidenti Serj Sarkisyana kəskin məzmunlu məktub göndərib. Məktubda Ermənistanın İrana silah satması nəticəsində İraqdakı amerikalı əsgərlərin ölməsi və yaralanması ilə bağlı dərin narahatlıq ifadə olunurdu.

Müəllif vurğulayır ki, buna baxmayaraq, ABŞ Konqresindəki "erməni dostları", deyəsən, ABŞ-ı əhəmiyyətli maliyyə yardımının ayrılması qismində Ermənistana köməyi davam etdirməsinə məcbur etmək üçün hər şey ediblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.