Siyasət

Millət vəkili: "Qapılarını bağlayası deyilik ki..."

24 Oktyabr 2014 14:25
Baxış: 1 255
"Nobel fondunun mükafat müəyyən edilməsi ilə bağlı yüksək kriteriyaları olmalıdır. Əgər belə kriteriyalar yoxdursa, o da sıradan təşkilat kimi bir şeydir".

Bu sözləri Milli.Az-a millət vəkili Məlahət İbrahimqızı bəzi şəxslərin Leyla Yunusun Nobel Sülh mükafatına namizədliyini irəli sürməsinə münasibət bildirərkən deyib.
 

O qeyd edib ki, kim Leyla Yunusun Nobel mükafatı almasını təklif edirsə, öz işidir.

"İstənilən adam müraciət edə bilər. Mən də müraciət edə bilərəm ki, filan seçicim çox dəyərli seçicidir və ona Nobel mükafatı verilsin. Əgər onlar heç bir şeyi araşdırmadan, xidmətləri nəzərə alınmadan, hansısa qurumlara və maraqlara xidmət edən insanlara mükafat verərlərsə, onda onların heç bir əhəmiyyəti yoxdur. Müraciət edirlər, eləsinlər. Nə Nobel fondunun qapısını bağlayasıyıq, nə də poçtlarını əllərindən alasıyıq. Əgər Leyla Yunusa belə bir mükafat verilərsə, deməli, onlar qərəzlidirlər", - M.İbrahimqızı əlavə edib.

Teymur Hacıyev

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.