Siyasət

Estoniyalı diplomat: "Qarabağ münaqişəsi Avropa üçün təhlükədir"

24 Oktyabr 2014 12:31
Baxış: 640
"Estoniya Azırbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Biz vətəndaşlarımıza tövsiyə edirik ki, Azərbaycan hakimiyyətinin razılığı olmadan Dağlıq Qarabağda heç bir biznes fəaliyyəti ilə məşğul olmasınlar, oranı ziyarət etməsinlər". 

Milli.Az xəbər verir ki, bu sözləri Day.Az saytına müsahibəsində Estoniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Yaap Ora bildirib. 

O hesab edirik ki, münaqişəyə daha ciddi beynəlxalq diqqət lazımdır. 

"Dağlıq Qarabağ münaqişəsi hazırda regionun inkişafını ləngidir. Tək münqaişəyə cəlb olunmuş tərəflər üçün deyil, o cümlədən Avropa üçün də stabilliyə və təhlükəsizliyə təhdiddir", - o əlavə edib. 

Diplomatın müsahibəsinin tam mətnini bu keçiddə oxuya bilərsiniz. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.