Siyasət

Ankara Suriyada müstəqil kürd dövlətinin yaradılmasının əleyhinədir

24 Oktyabr 2014 14:18
0 Şərh     Baxış: 744

Ankara Suriya ərazisində müstəqil kürd dövlətinin yaradılmasının əleyhinədir

Trend xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş "CNN Türk" telekanalına bildirib.

Onun sözlərinə görə, hazırkı şərtlər bunu qeyri-mümkün edir.

Türkiyənin bəzi kütləvi informasiya vasitələri yazır ki, Suriyanın Kobani şəhərində və digər şəhərlərdə İŞİD yaraqlıları məhv edildikdən sonra Suriyanın şimalında müstəqil kürd dövləti yaradılacaq.

Kürdlərin yaşadıqları Kobanidə kürd qruplaşmaları ilə İŞİD yaraqlıları arasında döyüşlər gedir. Şəhər qismən bu terrorçu təşkilatın yaraqlılarının nəzarəti altındadır.

Bildirilir ki, Kobanidən Türkiyə ərazisinə 150 mindən artıq qaçqın keçib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.