Siyasət

Azərbaycan Afrikaya yardım edəcək?

23 Oktyabr 2014 18:43
1 Şərh     Baxış: 521

Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Afrika ölkələrində birgə layihələr həyata keçirəcək

Azərbaycan XİN-in nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) direktoru Əşrəf Şıxəliyev Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndə heyəti ilə görüşüb.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, görüşdə BMqT-nin Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya Regional Ofisinin direktoru Renate Held və təşkilatın Bakı ofisi rəhbərinin vəzifəsini icra edən Sərhan Aktoprak iştirak ediblər.

Görüş zamanı Ə.Şıxəliyev AİDA-nın fəaliyyət istiqamətləri və dünyanın müxtəlif bölgələrində həyata keçirilən layihələr barədə qonaqlara məlumat verib. Tərəflər arasında Afrika ölkələrində birgə layihələrin həyata keçirilmə imkanları müzakirə edilib və gələcək əməkdaşlıq münasibətlərinə dair fikir mübadiləsi aparılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.