Siyasət

Fuad Muradov: "Ermənistandan Krıma aviareysin açılması beynəlxalq normaların pozulmasıdır"

23 Oktyabr 2014 17:34
0 Şərh     Baxış: 485
"Ermənistandan Krıma təyyarə reysinin açılması bütün beynəlxalq normaların pozulmasıdır".

Bunu Trend-ə açıqlamasında Milli Məclisin üzvü Fuad Muradov bildirib.

Millət vəkilinin fikrincə, rəsmi Yerevanın buna məhəl qoymaması bir daha Ermənistanın yürütdüyü siyasətin mahiyyətini açır və işğalçı dövlət olduğunu göstərir: "Ermənistan bundan əvvəl Azərbaycanın işğal olunmuş ərazisi olan Xankəndində hava limanı açmağa cəhd etmişdi. Bu növbəti fakt bir daha göstərir ki, Yerevanın separatçı rejimlərə dəstək verməsi onun ənənəvi dövlət siyasətidir. Bu isə Qərbin separatçı rejimləri dəstəkləyən ölkələrə qarşı elan etdiyi sanksiyaların Ermənistana da tətbiq olunmasını zəruri edir".

F.Muradov qeyd edib ki, Ukraynanın ərazisi olan Krıma istənilən reys qanunsuz hesab olunur. Ukrayna Simferopol hava limanının 2014-cü ilin mart ayından etibarən bağlandığını rəsmən bəyan edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.