Siyasət

Elmar Məmmədyarov: "Bunun arxasında müəyyən qüvvələr dayanıb və biz bunu bilirik"

23 Oktyabr 2014 13:46
Baxış: 514

"Azərbaycan Avropa Şurası Nazirlər Kabinetində sədrliyinə böyük önəm verir"

Trend-in məlumatına görə, bunu cümə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov brifinqdə ölkədə insan haqları ilə bağlı vəziyyət haqqında sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan demokratiyanın inkişafı sahəsində fəaliyyətini davam etdirəcək: "Lakin bu məsələdə tez-tez ikili standartlarla üzləşirik. Bunun arxasında müəyyən qüvvələr dayanıb və biz bunu bilirik".

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan demokratiya yolundan geri dönməyəcək.

Qeyd edək ki, ötən gün Azərbaycanda insan hüquqları üzrə işçi qrupunun fəaliyyəti bərpa edilib.

Qrupun həmsədrləri Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, katibliyə isə hüquq müdafiəçiləri Səadət Bənənyarlı və Sahib Məmmədov seçiliblər.

Həmçinin qrupun adı dəyişdirilərək İnsan Hüquqları üzrə Birləşmiş Qrup adlanıb.

Xatırladaq ki, 2005-2008-ci illərdə fəaliyyət göstərmiş, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.