Siyasət

Prezident İlham Əliyev bir sıra görüşlər keçirib - YENİLƏNİB - FOTO

23 Oktyabr 2014 16:02
Baxış: 548
15:32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Avropa Atıcılıq Konfederasiyasının və Rusiya Federasiyası Atıcılıq İttifaqının prezidenti Vladimir Lisini qəbul edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Görüşdə idmanın müxtəlif növləri, o cümlədən atıcılıq idmanı üzrə ölkəmizdə yüksək standartlara uyğun infrastrukturun yaradıldığı qeyd edildi, mötəbər beynəlxalq idman yarışlarının, eləcə də bu günlərdə Azərbaycanda atıcılıq üzrə Dünya kubokunun final mərhələsinin keçirilməsinin önəmi vurğulandı.

Söhbət zamanı 2015-ci il Avropa Oyunları ilə bağlı məsələlərdən danışıldı, 2017-ci ildə Azərbaycanda keçiriləcək atıcılıq üzrə Avropa çempionatına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığı bildirildi.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçin etimadnaməsini qəbul edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Səfir Neboyşa Rodiç fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə edildi, əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi.
Səfir Neboyşa Rodiç ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı.

---------
13:17

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayeri qəbul edib.

Almaniyanın xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayerin ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin siyasi, iqtisadi, təhlükəsizlik və digər istiqamətlərdə inkişafı və görüləcək işlərlə bağlı müzakirələrin aparılması üçün yaxşı fürsət yaratdığını qeyd edən dövlətimizin başçısı əməkdaşlığımızın geniş sahələri əhatə etdiyini vurğuladı.

Nazir Frank-Valter Ştaynmayer ölkəmizə son səfərini məmnunluqla xatırladı, həmin səfərdən keçən dövr ərzində Bakıda çox böyük inkişafın şahidi olduğunu qeyd etdi. O, Azərbaycan ilə Almaniya arasında müxtəlif sahələrdə, o cümlədən təhsil, səhiyyə, informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar olduğunu bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Milli.Az

----------
16:02


Böyütmək üçün şəkillərə klikləyin.


Azərbaycan Prezidenti İlham Əliyev Avropa Atıcılıq Konfederasiyasının və Rusiya Atıcılıq İttifaqının prezidentini qəbul edib



Prezident İlham Əliyev Serbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib



Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın xarici işlər üzrə federal nazirini qəbul edib

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.