Siyasət

Avropa Komissiyasının yeni kollegiyası seçilib

23 Oktyabr 2014 11:48
Baxış: 502

Avropa Komissiyasının yeni kollegiyası seçilib

Trend-in Avropa Parlamentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, parlamentin üzvləri Avropa Komissiyasının yeni seçilmiş sədri Jan-Klod Yunker tərəfindən təqdim olunan 27 komissardan ibarət Komissiyanın yeni kollegiyasını təsdiq edib.

Yeni kollegiya 423 lehinə, 209 əleyhinə və 67 bitərəf səs olmaqla təsdiq olunub.

Komissiyanın yeni kollegiyası Avropa İttifaqının üzv ölkələrinin dövlət başçıları və hökumətləri tərəfindən rəsmi olaraq təyin olunduqdan sonra noyabrın 1-dən etibarən fəaliyyətinə başlayacaq.

Qeyd edək ki, yeni kollegiya 5 il müddətinə fəaliyyət göstərəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.