Siyasət

"Əgər bu radio şübhəli fondlardan maliyyələşirsə..."

22 Oktyabr 2014 18:17
Baxış: 711
"Əgər bu radiostansiya ABŞ dövləti tərəfindən maliyyələşirsə, Amerikanın siyasətinə və beynəlxalq qanunlara uyğun verilişlər hazırlamalıdır".

Bu sözləri Milli.Az saytına açıqlamasında millət vəkili Aydın Mirzəzadə "Amerikanın səsi" radiosu ilə bağlı yaranmış qalmaqala münasibət bildirərkən deyib.

"Bu yaxınlarda "Amerikanın səsi" radiostansiyası Dağlıq Qarabağ haqqında bir veriliş hazırlamışdı və orada Dağlıq Qarabağı ayrıca dövlət kimi təqdim etmişdi", - o əlavə edib.

"Amerikanın səsi" radiosunun "soyuq müharibə illərində yarandığını və məqsədi sosialist bloku ölkələrinə qərb dəyərlərini çatdırmaq olduğunu xatırladan millət vəkili deyib ki, zamanla bu radiostansiyanın öz məqsədlərindən kənara çıxdığı məlum olub.

"Bu gün "Amerikanın səsi" radiostansiyasının maliyyə mənbələri həm də ayrı-ayrı şübhəli fondlar olarsa, bu zaman adı Amerikanın, maraqları isə başlqalarının olacaq. Mən düşünürəm ki, bu istiqamətdə Amerika hökuməti ciddi araşdırma aparmalıdır", - A.Mirzəzadə vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.