Siyasət

Fransua Olland qondarma "erməni soyqırımı" ilə bağlı Ermənistana səfər edəcək

22 Oktyabr 2014 18:26
0 Şərh     Baxış: 734
Fransa Prezidenti Fransua Olland gələn ilin aprelində qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Ermənistana səfər edəcək.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Fransanın Ermənistandakı səfiri Anri Reno deyib.

Diplomatın sözlərinə görə, bu il aprelin 24-də Fransa Prezidenti Parisdə bəyan edib ki, gələn ilin bu günü o, Ermənistanda olacaq.

Səfir qeyd edib ki, may ayında Fransanın dövlət başçısı bu bəyanatı Ermənistanda təsdiqləyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.