Siyasət

Azərbaycanın hakim partiyasını bələdiyyə seçkilərində təmsil edəcək namizədlərin siyahısı hazırdır

22 Oktyabr 2014 14:35
Baxış: 1 180
Yeni Azərbaycan Partiyasını (YAP) bələdiyyə seçkilərində təmsil edəcək bütün namizədlərin və səlahiyyətli nümayəndələrin siyahısı hazırlanıb. Bunu Trend-ə açıqlamasında hakim partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, partiyada dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlıq gedir: "Artıq YAP-ın namizədlərinin və səlahiyyətli nümayəndələrinin siyahısı hazırlanıb. Bu həftənin sonunda isə partiyanın İdarə Heyətinin toplantısı keçiriləcək. Toplantıda namizədlərin irəli sürülməsi, səlahiyyətli nümayəndələrin təyin olunması məsələləri öz həllini tam tapacaq".

S.Novruzov qeyd edib ki, YAP bütün bələdiyyələr üzrə namizədlərini irəli sürəcək: "Hazırda bununla bağlı lazım olan sənədləşmə işləri həyata keçirilir. YAP bələdiyyə seçkiləri ilə bağlı əvvəlcədən hazırlıq işlərini görmüşdü. Yerlərdə seçki qərargahları yaradılmışdı. Artıq namizədlərin də hamısı müəyyənləşib".

Qeyd edək ki, MSK bələdiyyə seçkisinin dekabrın 23-də keçirilməsi barədə qərar verib. Seçkilər 1607 bələdiyyədə keçiriləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.