Siyasət

Almaniyanın XİN rəhbəri Bakıda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edəcək

22 Oktyabr 2014 10:53
Baxış: 597
Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Bakıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edəcək.

Çərşənbə günü Ştaynmayer Qafqaz turnesinə başlayır. Səfər çərçivəsində o, Bakıda və Yerevanda da olacaq.

Trend xəbər verir ki, bu səfər Avropa İttifaqının hətta Ukraynadakı böhran qarşısında belə "Şərq Tərəfdaşlığı" ölkələrinin problemlərini diqqətdən qaçırmadığını göstərir.

Oktyabrın 23-də Ştaynmayer Bakıya gələcək. Burada onun ölkənin rəsmi şəxsləri ilə görüşləri planlaşdırılıb. Sonra Almaniya XİN rəhbəri Yerevana gedəcək və prezident Serj Sarkisyanla görüşəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.