Azərbaycandakı və Türkiyədəki davamlı siyasi stabillik sayəsində Cənubi Qafqaz və Balkan ölkələri enerji layihələri ilə birləşib. Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib. Trend xəbər verir ki, məlumatı çərşənbə günü Türkiyənin Anadolu agentliyi yayıb.
Baş nazir qeyd edib ki, bir sıra qonşu ölkələrdə siyasi və iqtisadi böhranlar yaşanmasına baxmayaraq, Azərbaycan və Türkiyə ciddi enerji layihələri həyata keçirir.
Onun sözlərinə görə, belə layihələrdən biri də TANAP-dır.
Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Türkiyə ərazisi ilə Avropa sərhədlərinədək nəqlini nəzərdə tutur. Boru kəmərinin ilkin buraxılış gücünün ildə 16 milyard kubmetr olacağı gözlənilir. "Şahdəniz"dən 10 milyard kubmetr həcmində qaz Avropa bazarına, 6 milyard kubmetr isə hər il Türkiyəyə tədarük olunacaq.
TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Layihənin dəyəri 10-11 milyard dollar qiymətləndirilir. Türkiyə Nazirlər Kabinetinin oktyabrın 21-də qəbul etdiyi qərara əsasən, Türkiyədə TANAP layihəsi çərçivəsində tikinti və təchizat işlərində iştirak edəcək bütün şirkətlər ƏDV-dən azad olunacaq.
Qərar dünən qəbul edilməsinə baxmayaraq, 2014-cü il yanvar 1-dən qüvvəyə minir.
Milli.Az
Siyasət
Əhməd Davudoğlu: "Azərbaycandakı stabillik sayəsində Cənubi Qafqaz və Balkan ölkələri birləşib"
22 Oktyabr 2014 09:36
0 Şərh
Baxış: 637
DİGƏR XƏBƏRLƏR
- Azərbaycanın sədrliyi AQEM-in əsas vəzifələrinə mühüm töhfə verəcək - Kayrat Sarıbay - VİDEO - FOTO
- Fransanın növbəti diplomatları qovulub - "Observer Online" yazır
- Sülhməramlılar da çıxarıldı - Nə bəhanə qaldı?
- Sülhməramlılar Azərbaycan ərazilərini niyə vaxtından əvvəl tərk etdi?
- ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırdı
- Qərbin təhlükəli planı: Ermənistana ayrılan 10 mln. avro nəyə sərf olunacaq?
XƏBƏR LENTİ
- Ülviyyə Muradla boşanması xəbərlərinə son qoydu
- Rusiya 21 yaşlı Azərbaycan vətəndaşını axtarışa verdi
- Türkiyədə zəlzələ oldu
- Sabah Bakıda 29° isti olacaq
- "Bu xəbər yalandır" - FOTO
- Kürdə batan ata dəfn edildi - Qızının axtarışları davam edir - Yenilənib
- Türkiyənin Azərbaycandakı səfirliyinə yeni müşavir təyin olundu - FOTO
- Taksilər kütləvi surətdə cərimə meydançasına aparılır? - AÇIQLAMA - VİDEO
- Məşhur rejissor vəfat etdi
- Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu
- Xocavənddə partlayıcı qurğular aşkarlandı - FOTO
- “Yaxşı atayam, amma ideal həyat yoldaşı deyiləm”
- Mbappe yekun qərarını verdi
- İrəvanda terror təhlükəsi: Universitet təxliyə edildi
- "Yalı çapkını"nın aktyoru üzr istədi - FOTO
- Azərbaycanın sədrliyi AQEM-in əsas vəzifələrinə mühüm töhfə verəcək - Kayrat Sarıbay - VİDEO - FOTO
- Məşhur aktyor uşaqlıqda döyüldüyü məktəbi alıb sökdürdü - FOTO
- “Səbail”in futbolçusu: “Bu məsələ onların vicdanına qalıb” - MÜSAHİBƏ
- İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqladı
- Qətl törədən azərbaycanlının evindən görün nələr TAPILDI? milyonlarla pul...
- Bakıya gəlib, “Brilyant əl”in məşhur səhnəsini TƏKRARLADI – FOTO
- Kəmaləddin Heydərov polkovniki yüksək vəzifəyə təyin etdi - FOTO
- Xəstə yaxınlarına dərmanlar ancaq bu halda verilə bilər
- Rusiyada hərbi təyyarə qəzaya uğradı - Pilot öldü - Yenilənib - ANBAAN VİDEO - FOTO