Siyasət

İnsan haqları üzrə komissar Azərbaycana gəlir

21 Oktyabr 2014 17:14
0 Şərh     Baxış: 554
Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muyjnieks Azərbaycana səfərə gəlir.

Bu barədə Trend Avropa Şurasının rəsmi saytına istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, komissarın səfəri oktyabrın 22-24-nə nəzərdə tutulub.

Qeyd edək ki, çox güman ki, Nils Muiznieks Azərbaycanda İnsan Haqqları və Fundamental azadlıqlara dair Avropa Konvensiyasının tətbiqi mövzusunda Bakıda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.

Onu da qeyd edək ki, oktyabrın 23-24-də keçiriləcək beynəlxalq konfransda Venesiya Komisyasının Vitse-Prezidenti Herdis Torqeystottir (Herdis Thorgeirsdottir) də iştirak edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.