Siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında birgə əməkdaşlıq haqqında Fəaliyyət Planı təsdiq edilib

20 Oktyabr 2014 22:25
Baxış: 451
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında birgə əməkdaşlıq haqqında Fəaliyyət Planının təsdiq edilməsi barədə fərmanı imzalayıb.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında birgə əməkdaşlıq haqqında 2014-cü il avqustun 30-da Bali şəhərində imzalanmış Fəaliyyət Planı təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Fəaliyyət Planının müddəalarının həyata keçirilməsini təmin etsin".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.