Siyasət

Ermənistan parlamenti idarəçilikdəki böhranı müzakirə edəcək

20 Oktyabr 2014 15:49
0 Şərh     Baxış: 449
"Çiçəklənən Ermənistan", "İrs" və "Ermənistan Milli Konqresi" partiyaları ölkədə idarəçiliklə bağlı böhran üzrə hazırladıqları layihənin təcili müzakirə olunması təşəbbüsü ilə çıxış ediblər.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, ölkə parlamentinin spikeri Qalust Saakyan bildirib ki, müxalif partiyaların təşəbbüsü növbədənkənar qaydada müzakirə olunacaq.

Layihə müəllifləri qeyd ediblər ki, hakimiyyətin fəaliyyəti iqtisadiyyatda, sosial sahədə, eləcə də xarici və daxili siyasətdə iflasa səbəb olub: "Bundan başqa, kütləvi miqrasiya vüsət alıb".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.