Siyasət

"Müsavatın dağılması gözlənilən idi"

21 Oktyabr 2014 00:30
Baxış: 964
"Müsavat partiyasının dağılması gözlənilən idi. Bu partiyadan qopmalar da kifayət qədər güclü idi. Sadəcə, partiya rəhbərliyi bu informasiyanı mümkün qədər gizlətməyə çalışırdı". 

Bu sözləri millət vəkili Aydın Mirzəzadə Milli.Az saytına açıqlamasında bildirib.

Onun sözlərinə görə, bundan əvvəl partiyanın rayon təşkilatlarından xeyli insanlar getmişdi. Partiyanın ali rəhbərliyindən insanlar digər partiyalara qoşuldular və ya siyasi fəaliyyətdən uzaqlaşdılar.

"Müsavat son dövrlərdə monolit partiyadan konfederasiyaya çevrilmişdi. Formal olaraq rəhbərlik olsa da, hər fraksiya öz siyasətini yeridirdi. Axırıncı qurultayda da bu özünü açıq-aydın göstərirdi. Fraksiyalardan birinin nümayəndəsinin partiya rəhbəri seçilməsi gərginliyi daha da artırdı. Göründüyü kimi bu gün Müsavat böyük bir böhran içindədir. Həmin böhrandan çıxış yolu görünmür", - millət vəkili əlavə edib.

A.Mirzəzadə deyib ki, Müsavat rəhbərliyi dəyişməyə çalışmayıb.

"Orada yenilik əhval-ruhiyyəsi heç bir zaman hökm sürməyib. Hələ də həmin partiya ötən əsrin 80-ci illərinin axırlarının əhval-ruhiyyəsi ilə yaşayıb. Demokratikləşmək, insan hüquqlarının müdafiəsi, seçkinin nəticələrinin qəbul edilməsi Müsavat üçün yad olub", - o vurğulayıb.

Teymur Hacıyev

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.