"Hörmətli konfrans iştirakçıları, sizi konfransınızın acılışı münasibətilə təbrik edir, hamınıza uzun ömür, cansağlığı və yeni-yeni uğurlar arzulayıram. Müstəqil Azərbaycan Respublikası İslam Әməkdaşlıq Təşkilatı ilə qarşılıqlı faydalı münasibətlər quraraq bu gün ən müxtəlif sahələrdə birgə səmərəli fəaliyyət göstərir. Aktual mövzuya həsr olunmuş konfransınız son illər respublikamızda təşkil edilən mötəbər beynəlxalq tədbirlər sırasında xüsusi yer tutur".
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda "İslam Əməkdaşlıq Təşkilatına (İӘT) üzv dövlətlərin inkişafında qadınların rolu" mövzusunda V Beynəlxalq konfransın iştirakçılarına təbrik məktubunda deyib.
Məktubu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub.
Dövlət başçısı qeyd edib ki, 1995-ci ildə Pekində keçirilən Qadınların Ümumdünya Konfransı bütün ölkələr qarşısında qlobal, regional və lokal səviyyələrdə əsas fəaliyyət proqramlarını müəyyən edib: "İslam Әməkdaşlıq Təşkilatının qadın məsələləri üzrə nazirlərinin əvvəlki - İstanbul, Qahirə, Tehran və Cakarta konfransları, eləcə də iştirakçısı olduğunuz Bakı konfransı cəmiyyətlərin inkişafında qadınların rolunun gücləndirilməsinə mühüm töhfədir. Qadın hüquqlarına xüsusi diqqət yetirən İslam dini qadın şəxsiyyətini layiqli mövqeyə yüksəltmişdir".
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan qadınları insan haqlarının vacib amillərindən sayılan seçki hüququnu bir sıra Avropa ölkələrindən daha əvvəl əldə etməklə təhsildə, səhiyyədə, mədəniyyətdə və elmdə böyük uğurlar qazanaraq dövlət quruculuğu prosesinin əsas qüvvələrindən birinə cevrilib: "Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində humanitar fəlakətlə üzləşmiş ölkəmizdə qadınlarımızın pozulmuş hüquqları indiyədək bərpa olunmamışdır. Bir sıra mötəbər qurumların, o cümlədən İslam Әməkdaşlıq Təşkilatının respublikamızın ərazi bütövlüyünün bərpasını dəstəkləyən qərarlarına baxmayaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarına qayıtması istiqamətində göstərilən səylər hələ də nəticəsiz qalmaqdadır.
Әminəm ki, konfransınız qadınların inkişafda rolunun artırılmasına dair geniş və səmərəli müzakirələr aparacaq, gələcək illərdə beynəlxalq və milli səviyyələrdə tədbirlərin həyata keçirilməsi prosesində mühüm mərhələ olacaq".
Milli.Az
Siyasət
Prezident İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsi nəticəsində humanitar fəlakətlə üzləşmiş ölkəmizdə qadınlarımızın pozulmuş hüquqları indiyədək bərpa olunmayıb"
20 Oktyabr 2014 11:27
Baxış: 962
DİGƏR XƏBƏRLƏR
- İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib
- Əmin-amanlıq, mehriban qonşuluq - Bakıdan dünyaya sülh çağırışı
- İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - FOTO
- Delimitasiyanın başlanması Azərbaycanın böyük uğurudur - VİDEO
- Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa çox yaxındır - Hulusi Kılıç
- Delimitasiya prosesində vacib məqam... - Elçin Əmirbəyov
XƏBƏR LENTİ
- Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
- Evinizdə pişik yaşayır? Təcili bütün daxili qapıları açın - SƏBƏBİ
- Ukraynada baş verənlərə görə məsuliyyət onlarındır
- Daha bir idmançımız Avropa çempionu oldu
- Moldova XİN-in binasında axtarış aparıldı
- Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə
- Ronaldonun sonuncu olduğu, Messinin yer almadığı SİYAHI
- Əli Əsədov qərar imzaladı
- Vasitəçisiz danışıqlar: Sülh müqaviləsinə kimlər mane olur? - VİDEOMÜSAHİBƏ
- Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir
- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın
- Paşinyan qondarma “erməni soyqırımı”nı tanımadı
- Rusiya və Ukrayna arasında razılaşma əldə edildi
- Jurnalistin Mbappe ilə bağlı sualına güldü: “Lənət olsun, rekord qırdın”
- BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…
- AB İvanişvilini cəzalandırmaq istəyir
- Kirkorov buna görə ad günü etməyəcək
- Əli Əsədov oğurlanmış vəsaitlərlə bağlı qərar imzaladı
- Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
- "Daha bir əfsanəni itirdik" - Elektrikli "Gelandewagen" satışa çıxarıldı - VİDEO
- Rəşad Sadıqov: “Bir hədəf var”
- İraq Prezidenti COP29-a dəvət olundu
- 24 aprelin xoşbəxt bürcü: Ulduzlar inanılmaz uğur vəd edir
- Azərbaycanda maşın "Oba" marketə girdi - ANBAAN VİDEO