Siyasət

Azərbaycan Fransaya etiraz notası verdi

2 Oktyabr 2014 19:40
0 Şərh     Baxış: 637
Fransa Milli Assambleyasının üzvü Fransua Roşeblounun Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfəri və 23-26 sentyabr tarixlərində Parisdə keçirilmiş beynəlxalq turizm sərgisində Ermənistana aid pavilyonda qondarma Dağlıq Qarabağ rejiminin təmsil olunması ilə əlaqədar Azərbaycanın Fransadakı səfirliyi tərəfindən Fransanın Xarici İşlər Nazirliyi, Fransa Milli Assambleyası və turizm sərgisinin təşkilatçısı olan şirkətə müvafiq olaraq etiraz notası və məktubları göndərilib.

Milli.Az-ın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev Trend-ə bildirib ki, Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə bu ilin oktyabr ayının sonunda Fransada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi ərəfəsində Ermənistan, Fransadakı erməni diasporu və onun bilavasitə təsiri altında olan F.Roşebloun kimi şəxslər tərəfindən məqsədyönlü şəkildə belə qeyri-qanuni əməllərə yol verilməsi ilk növbədə Fransaya qarşı törədilmiş təxribatçılıq cəhdidir.

Onun sözlərinə görə, Ermənistan və Fransadakı erməni diasporunun təsiri altında olan və şovinist və irqçi baxışlara malik F.Roşebloun Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimlə qurduğu təmaslara görə, eləcə də separatizm, etnik təmizləmə, insaniyyətə qarşı cinayətlər, işğal və təcavüzün təşviqinə rəvac verməkdə bilavasitə rol oynayır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.