Siyasət

Prezident İlham Əliyev almaniyalı və koreyalı həmkarlarını təbrik etdi

2 Oktyabr 2014 18:53
Baxış: 413
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qauka məktub ünvanlayıb.

Milli.Az-ın AzərTAc-a istinadən məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan-Almaniya münasibətləri dinamik inkişaf yolundadır. Dost ölkələrimiz arasındakı əməkdaşlıq həm ikitərəfli qaydada, həm də Avropa strukturları çərçivəsində müvəffəqiyyətlə davam etməkdədir.

Əminəm ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, iqtisadi, humanitar əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində bundan sonra da qarşılıqlı səylərimizi davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim sülh və firavanlıq diləyirəm".

Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti xanım Pak Kın Heyə də təbrik məktubu göndərib.

Həmin məktubda deyilir:

"Hörmətli xanım Prezident,

"Koreya Respublikasının milli bayramı - Dövlətin yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasındakı dostluq münasibətlərinin daim möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın bütün sahələrdə inkişafı istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza isə daim əmin-amanlıq və rifah arzulayıramz".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.