Siyasət

Alman publisist: "Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır"

2 Oktyabr 2014 17:11
0 Şərh     Baxış: 705
"Azərbaycan torpaqlarını işğaldan azad etməyə məcbur etmək üçün Ermənistana qarşı sanksiyalar tətbiq etmək lazımdır".

Trend xəbər verir ki, bu barədə Bakıda Almaniya-Azərbaycan forumunun Qəyyumlar Şurasının sədri, publisist Riçard Kisler bildirib.

Onun sözlərinə görə, Ermənistan zəif dövlətdir, ermənilərin əksəriyyəti öz ölkələrinin hüdudlarından kənarda yaşayırlar, Ermənistanda daxili vəziyyət isə acınacaqlıdır: "Beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana daha çox təzyiq göstərilməlidir".

R.Kisler qeyd edib ki, bu, indiyədək edilməyib, çünki Ermənistanı başqa ölkələrdəki, xüsusilə də Fransa və ABŞ-dakı güclü erməni lobbisi dəstəkləyir: "Mən ikili standartlar görürəm və bu yaxşı hal deyil".

O deyib ki, beynəlxalq birlik Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu unutmamalı və bu problemi həll etməkdən ötrü daha fəal addımlar atmalıdır.

Publisistin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinə dondurulmuş münaqişə kimi baxmaq lazım deyil, çünki bu, əslində qaynar münaqişədir. O, Ermənistanın atəşkəs rejimini dəfələrlə pozduğunu, bunun çoxlu sayda insan tələfatına səbəb olduğunu xatrıladıb.

R.Kisler hesab edirəm ki, beynəlxalq birlik bu çox təhlükəli münaqişənin həlli üçün daha çox iş görməli, yeni səylər göstərməli, həmçinin ATƏT-in Minsk qrupu münaqişənin nizamlanması üçün səylərini artırmalıdır.

Onun sözlərinə görə, Azərbaycan çox uğurla inkişaf edir və ölkədə sosial vəziyyət getdikcə yaxşılaşır. Bu, təkcə Bakıda deyil, kənd yerlərində də baş verir: "Mən ildən-ilə görürəm ki, Azərbaycanda vəziyyət getdikcə daha da yaxşılaşır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.