Siyasət

Ülvira: "Beləsinə "arvad sözünə baxan" deyiblər" - FOTO

2 Oktyabr 2014 15:40
5 Şərh     Baxış: 1 688

Aparıcını bu ifadəni işlətməyə Nurlan Əzizbəylinin həyat yoldaşının hansı kəlməsi vadar etdi?

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, bu gün "Evdəyik" verilişinin qonaqları arasında bir ara ayrılacaqları haqda söz-söhbətlərin səngimədiyi müğənni Nurlan Əzizbəyli və həyat yoldaşı Nərmin olub. Ailə büdcəsindən danışılan verilişdə aparıcı Ülvira Qarayeva müğənninin həyat yoldaşına ünvanladığı "Sizdə evdə büdcənin kimin əlində olmasının fərqi yoxdur?" sualına, Nurlanın həyat yoldaşı "Evləndiyimiz gündən 6, 7 ilə kimi pul həmişə məndə olub. Nurlan toydan gələndə hər zaman qəpiyinəcən stolun üstünə qoyub. Belə olub" cavabını verib. Müğənninin həyat yoldaşının cavabından təəccübünə gizlədə bilməyən Ülvira "Ay da! Elə şey olar?! Bizdə dədə-babadan beləsinə "Arvad sözünə baxan" deyiblər" deyə münasibət bildirib.
 
Müğənni Nurlan Əzizbəylinin həyat yoldaşı Nərmin söylədiyi fikrin düzgün anlaşılmadığını görüb fikrini əsaslandırmaq məcburiyyətində qalıb:
 
"Arvad sözünə baxan deyil. Sadəcə, o, çox bədxərcdir. Cibində pulu olsa, son qəpiyinə kimi xərcləyib sonuna çatan insandır".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.