Siyasət

Valentina Matviyenko: "Azərbaycan Rusiyaya olduqca böyük həcmdə kənd təsərrüfatı məhsulları tədarük edir"

2 Oktyabr 2014 14:16
Baxış: 764
Azərbaycan Rusiya bazarına olduqca böyük həcmdə kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz, ət tədarük edir. Trend-in məlumatına görə, bunu cümə axşamı Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində jurnalistlərə deyib.

Onun sözlərinə görə, hazırda kənd təsərrüfatı məhsullarının tədarükü üçün əlavə tələbat və imkanlar yaranıb: "Bu barədə artıq razılaşmalar əldə olunub ki, bu da ticarət əlaqələrinin artmasına və genişlənməsinə gətirib çıxaracaq".

V. Matviyenko qeyd edib ki, Moskva meri Sergey Sobyaninin Bakıya səfəri zamanı tədarüklərin artması ilə bağlı konkret müqavilələr imzalanıb və ən əsası tədarük logistikasının yaradılması, tədarük üzrə nəqliyyat şəraiti haqqında razılaşmalar əldə olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.