Bakıdakı beynəlxalq humanitar forum məsələlərin geniş dairəsi üzrə fikir mübadiləsi üçün geniş imkanlar verir. Trend xəbər verir ki, bunu cümə axşamı Bakıda IV Beynəlxalq Humanitar Forumun açılışı zamanı BMT İnkişaf Proqramının (BMTİP) administratoru Helen Klark deyib.
Onun sözlərinə görə, BMTİP-in Azərbaycanla işi bir sıra innovasiya təşəbbüslərinin inkişafına yardıma yönəlib.
H.Klark qeyd edib ki, Azərbaycanda təbii sərvətlərin böyük ehtiyatları var. Onun sözlərinə görə, təbii sərvətlərin ölkənin və onun əhalisinin inkişafına yardım etməsindən ötrü məqsədəyönlü siyasət vacibdir və Azərbaycan bu istiqamətdə mühüm addımlar atıb.
O, Azərbaycanı və ölkənin tərəfdaşlarını "Əsrin müqaviləsi"nin imzalanmasının 20 illiyi münasibəti ilə təbrik edib.
Klark qeyd edib ki, Azərbaycan digər zəngin təbii sərvətlərə malik ölkələrə zənginliyin insan potensialının inkişafına necə yardım edə bilməsində nümunə ola bilər. Azərbaycanda bir çox illər ərzində yoxsulluğun səviyyəsi azalır, sosial sahəyə investisiyalar qoyulur, əməkhaqqı artır:
"Azərbaycanın inkişafı üçün insan potensialının səviyyəsinin artmasının xüsusi əhəmiyyətini dərk edərək biz bu məsələnin irəliləyişində ölkəni tamamilə dəstəkləyirik. Azərbaycanın inkişaf sahəsində başqa ölkələrlə təcrübə mübadiləsi üçün bütün imkanları var".
Onun sözlərinə görə, BMTİP və Azərbaycan artıq ölkənin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Əfqanıstandakı həmkarlarına BMTİP-in Bakıda və Kabildəki ofisləri vasitəsi ilə dəstək göstərilməsində əməkdaşlıq edir: "Biz innovasiyaların birgə tətbiqi üçün Azərbaycanın çoxlu sayda imkanlarını görürük".
Klarkın sözlərinə görə, BMTİP fəaliyyəti vətəndaşlara dövlət xidmətinin göstərilməsinə istiqamətlənmiş "ASAN xidmət"in yaradılmasını alqışlayır.
BMTİP administratoru Azərbaycanda "ASAN" Xidmətin uğurlu fəaliyyətini qeyd edib və onun dövlət xidmətlərinin göstərilməsini modernləşdirmək niyyətində olan başqa ölkələrdə də maraq doğurduğunu əlavə edib.
Onun sözlərinə görə, bundan başqa, Azərbaycan "Elekton hökumət", neft gəlirlərinin idarə olunması, gənclər siyasəti və proqramlarının reallaşdırılması kimi sahələrdə unikal təcrübəyə malikdir.
İllik Bakı forumu bu il oktyabrın 2-3-də keçirilir. Oktyabrın 4-5-də isə respublikanın regionlarına - Naxçıvan, Lənkəran, Qəbələ və Qubaya turlar təşkil olunacaq.
Forumda məşhur siyasətçilər, ictimai-siyasi dairələrin nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak edirlər.
Milli.Az
Siyasət
Helen Klark: "Bakıdakı beynəlxalq forum fikir mübadiləsi üçün geniş imkanlar verir"
2 Oktyabr 2014 13:58
Baxış: 516
DİGƏR XƏBƏRLƏR
- Sülhməramlılar Azərbaycan ərazilərini niyə vaxtından əvvəl tərk etdi?
- ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırdı
- Qərbin təhlükəli planı: Ermənistana ayrılan 10 mln. avro nəyə sərf olunacaq?
- “Fransa “Böyük Ermənistan”a çevrilib”
- Yeni Kaledoniya Fransa tərəfindən bloklanmış vəziyyətdədir - Senatın üzvü
- "Azərbaycana buna görə təşəkkür edirik"
XƏBƏR LENTİ
- “iPhone 16 Pro”nun yaddaşı 2 dəfə artırılacaq
- Dövlət Departamenti: ABŞ Fələstinin BMT-yə üzv olması ilə bağlı qətnaməni dəstəkləməyəcək
- Şorbaya əvvəlcə nə əlavə etmək lazımdır: Kartof, yoxsa yerkökü?
- Öldüyü deyilən milyarder məşuqəsi ilə Bakıya gəzməyə gəlib – ŞOK TƏFƏRRÜATLAR - FOTO
- Dünyanın ən cazibədar xokkeyçisindən yeni - FOTO
- Bir-birinizə uyğun olub-olmadığınızı yoxlamağın 3 ƏSAS YOLU
- Hərbi helikopter qəzasında ölkənin baş komandanı öldü - FOTO
- Həddindən artıq duz olan QİDALAR
- AB Rusiyanın pullarını Ukraynaya göndərəcək - Leyen
- “Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi”
- “Avroviziya”da səslənəcək mahnımız yeni versiyada - VİDEO
- Azərbaycan boksçusundan qələbə ilə start
- Türkiyədə 5,6 maqnitudalı zəlzələ oldu - dağıntı var - YENİLƏNİB - FOTO
- Almaniya bu şəhərlərə uçuşları qadağan etdi
- Keniyada helikopter qəzası - baş komandan öldü
- Zurabişvili: “Xarici təsir” qanunu bunun qarşısını almaq üçündür
- Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı - "Gördünüzmü?..."
- Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
- “Kicker” “Qarabağ”ın çempionluğundan yazdı
- "Gürcüstan “xarici təsir” qanununu onlardan ilhamlanaraq hazırlayıb"
- Toyda FACİƏ: Gəlinin ürəyi qəfil dayandı
- Yenidən qurulan Qarabağdan son GÖRÜNTÜLƏR - VİDEO
- "Onsuz geyimin gələndə bilinir ki, sən kimsən"
- Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO