Siyasət

İSESKO-nun baş direktoru: "Bakıda keçirilən bir sıra əhəmiyyətli qlobal forumlar bütün dünyanın diqqətini cəlb edib"

2 Oktyabr 2014 13:41
Baxış: 536
Bakıda keçirilən bir sıra beynəlxalq forum və konfranslar bütün dünyanın diqqətini Azərbaycana cəlb edib. Trend xəbər verir ki, bunu cümə axşamı Bakıda IV Beynəlxalq Humanitar Forumun açılışı zamanı İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri çıxışında deyib.

Baş direktor bildirib: "Bakıda dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq üzrə onlarla beynəlxalq konfrans keçirilib və onlardan bəziləri o qədər uğurlu olub ki, İSESKO həmin forum və görüşlərin bəzilərinin təşkilində iştirak etdiyinə görə fəxr edir".

Onun sözlərinə görə, belə tədbirlər keçirməklə Bakı özünün qədim ənənələri ilə diqqəti cəlb edib və dünya üçün bu qədər vacib olan beynəlxalq humanitar forumun keçirilməsi üçün ideal platforma kimi özünü layiqincə təqdim edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.