Siyasət

İrina Bokova: "Bakı Beynəlxalq Humanitar Forumu vaxtında irəli sürülən təşəbbüsdür"

2 Oktyabr 2014 13:33
Baxış: 567
Beynəlxalq Humanitar Forumun keçirilməsi vaxtında irəli sürülən təşəbbüsdür. Trend-in məlumatına görə, bunu UNESCO-nun baş direktoru İrina Bokova IV Bakı Beynəlxalq Humanitar Forumunun açılışında deyib.

İ.Bokova bildirib: "İcazə verin, bu cür vaxtında irəli sürülmüş təşəbbüsə görə Azərbaycan hökumətinə təşəkkür edim. Bu forumun mövzuları olan multikulturalizm, kütləvi informasiya vasitələrinin transformasiyası, elm və texnika, innovativ və davamlı inkişaf məsələləri bütün dünya üçün önəm kəsb edir".

Onun sözlərinə görə, UNESCO öz növbəsində cəmiyyətdə davamlı sülhün və sabitliyin yaradılması üçün təməllərin möhkəmlənməsinə kömək edir: "Bütün cəmiyyətlər sürətlə dəyişən dünyada dərin transformasiyadan keçirlər. Biz azad və demokratik cəmiyyətlərin qurulması işində ayrı-ayrı şəxsiyyətlərin imkanlarının genişləndirilməsi üçün rəqəmsal texnologiyaların köməyi ilə də azad fikir ifadəsinə yardım etməliyik".

O, insan biliklərinin ümumi rifah naminə istifadə edilməsi məqsədi ilə həmin biliklərin zənginləşdirilməsi üçün elm və texnikinanın son nailiyyətlərinin istifadəsini də zəruri hesab edir: "Hesab edirəm ki, bütün bunlar humanitar siyasət və strategiyada fundamental dəyişikliklərin təsdiqidir. Mədəniyyət, təhsil, elm, kommunikasiyalar, informasiya insanın əsas tələbatlarına cavab olaraq bütün fövqəladə tədbirlərin ayrılmaz hissəsinə çevrilib. UNESCO bu yeni yanaşmanı tam gücü ilə dəstəkləmək niyyətindədir".

Qeyd edək ki, IV Bakı Beynəlxalq Humanitar Forumu cümə axşamı Bakıda öz işinə başlayıb.
İllik Bakı forumu bu il oktyabrın 2-3-də keçirilir. Oktyabrın 4-5-də isə respublikanın regionlarına - Naxçıvan, Lənkəran, Qəbələ və Qubaya turlar təşkil olunacaq.

Forumda məşhur siyasətçilər, ictimai-siyasi dairələrin nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak edirlər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.