Siyasət

Prezident İlham Əliyev bir sıra görüşlər keçirib - YENİLƏNİB - FOTO

1 Oktyabr 2014 20:07
Baxış: 839
17:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də BMT-nin İnkişaf Proqramının (UNDP) rəhbəri xanım Helen Elizabet Klarkın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Milli.Az AzərTAc-a istinadən bildirir ki, dövlətimizin başçısı ölkəmizin BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlığının uğurla inkişaf etdiyini vurğuladı.

Xanım Helen Elizabet Klarkın başçılıq etdiyi nümayəndə heyətinin Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının önəmini qeyd edən Prezident İlham Əliyev Forumda maraqlı müzakirələrin aparılacağına ümidvar olduğunu bildirdi.

Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə minnətdarlığını ifadə edən BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Elizabet Klark tədbirin gündəliyinin geniş sahələri əhatə etməsinin əhəmiyyətini vurğuladı. Xanım Helen Elizabet Klark təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu dedi.

----------
13:55


Milli.Az AzərTAc-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib.

Görüşdə Azərbaycan ilə İSESCO arasında uzun illər davam edən səmərəli əməkdaşlığın uğurla inkişaf etdiyi məmnunluqla qeyd olundu, əlaqələrimizin bundan sonra daha da inkişaf etdiriləcəyinə əminlik bildirildi. Söhbət zamanı Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışıldı, xalqlararası əlaqələrin və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi baxımından Forumun önəmi vurğulandı.

----------
13:43

Milli.Az AzərTAc-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də Estoniyanın keçmiş Prezidenti Arnold Rüüteli qəbul edib.

Dövlətimizin başçısı Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumun yaxşı ənənə halı aldığını və tədbirə marağın ildən-ilə artdığını qeyd etdi. Prezident İlham Əliyev bu il Forumda dünyanın 60 ölkəsindən dövlət xadimlərindən və alimlərdən ibarət çoxlu nümayəndə heyətinin iştirak edəcəyini vurğulayaraq Bakı Humanitar Forumunun artıq mühüm beynəlxalq hadisəyə çevrildiyini dedi.

Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə minnətdarlığını bildirən Estoniyanın keçmiş Prezidenti Arnold Rüütel tədbirin dünyanın müxtəlif ölkələrinin və xalqlarının geniş dairəsini əhatə etməsinin önəmini vurğuladı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Forumun hər il yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edən qonaq tədbirin mühüm əhəmiyyət daşıdığını dedi.

---------
13:33

Milli.Az AzərTAc-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də İtaliyanın keçmiş Baş naziri, Tədqiqat və Qanunvericilik Agentliyinin baş katibi Enriko Lettanı qəbul edib.

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya uğurlu səfərini maraqla izlədiyini deyən Enriko Letta ölkəmizin İtaliyada həyata keçirdiyi humanitar layihələrin əhəmiyyətini vurğuladı.
Dövlətimizin başçısı İtaliyaya səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırladı. Prezident İlham Əliyev səfər zamanı ölkələrimiz arasında qəbul olunan strateji tərəfdaşlıq haqqında birgə Bəyannamənin önəmini vurğuladı.

Görüşdə Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumun əhəmiyyətindən danışıldı, ölkələrarası əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində Forumun önəmi qeyd olundu, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Milli.Az

----------
20:07

Böyütmək üçün şəkillərə klikləyin.

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İnkişaf Proqramının rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib




----------
18:08


Prezident İlham Əliyev İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib




----------
17:51

Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın keçmiş Prezidenti Arnold Rüüteli qəbul edib



----------
17:42


Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın keçmiş Baş naziri Enriko Lettanı qəbul edib


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.