Siyasət

Üçlər İttifaqı: Leyla Yunus, Yelena Bonner, Qalina Starovoytova...

30 Sentyabr 2014 16:48
Baxış: 1 084
Leyla Yunusun xarakterini, siyasi fəaliyyətini, Azərbaycana qarşı antipatiyasını, hətta etnik mənşəyini anlamaq üçün onun bütün tərcümeyi-halını ələk-vələk etməyə, haqqında yazılanları oxumağa, gizli bağlantılarını tədqiq edərək vaxt itirməyə ehtiyac yoxdur. Onsuz da, Leyla Yunus özünü hər addımda ələ verir...

Gəlin birlikdə Leyla Yunusun son bir həftə ərzindəki davranışlarını, iddialarını, müraciətlərini və onun havadarlarının tezislərini analiz edək. Əmin olun ki, bu kiçik analiz bizi böyük mətləblərdən agah edəcək...

Başlayaq Leyla Yunusa qarşı fiziki təzyiq iddiasından. Leyla Yunus həbsxanada fiziki təzyiqlə üzləşdiyini iddia edir. Onun sözlərinə görə işgəncənin ardı-arası kəsilmir. Gah kamerada hava çatışmır, gah da isti su olmur. Bəzən də kamera yoldaşları Leyla Yunusu döyürlər. Bütün bunlar Leyla Yunusun iddialarıdır. Bunlar sadəcə iddiadır və həbsxanalar adətən cəmiyyətə qapalı olduqları üçün biz bunları görmürük. Bizim vaxtı ilə gördüyümüz isə Leyla Yunusun, evində axtarış aparmağa gələn hüquq-mühafizə orqanlarının əməkdaşlarını kobud şəkildə təhqir etdiyi, günahkar insanlara məxsus isterika ilə polislərin və dövlətin ünvanına təhqirlər yağdırması, hətta daha da irəli gedərək kameralar önündə polis əməkdaşının papağını vurub yerə salması idi. Əmin olun ki, əgər orada kameralar və ictimaiyyət nümayəndələri olmasaydı Leyla Yunus elə məhz oradaca polis tərəfindən döyüldüyünü, polis tərəfindən adətən başına taxdığı sarğının kobud bir şəkildə çıxarıldığını və hətta yerlə süründürüldüyünü iddia edəcəkdi.

İndi təsəvvür edin ki, ictimaiyyət üçün qapalı bir yerdə, yəni həbsxanada Leyla Yunus kimi qarayaxa, intiqam və nifrət hissinə köklənmiş bir insan necə ssenarilər uuydurub cəmiyyətə və müyəyən beynəlxalq təşkilatlara sırımağa çalışacaq. İlk günlər kamera yoldaşı tərəfindən fiziki və psixoloji təzyiqə məruz qaldığını və əzab çəkdiyini iddia edən Leyla Yunusun psixoloji təzyiq anlayışı onun xarakterinin və missiyasının çözülməsinda açar rolu oynayır. Sən demə Leyla Yunusun yanında Azərbaycan dövlətini tərifləmək, öz dövləti ilə qürur duymaq, dövlətin uğurlarından fərəh hissi ilə söz açmaq onun əzab çəkməsinə, psixoloji cəhətdən sarsılmasına səbəb olurmuş. Deməli Leyla Yunusun psixoloji cəhətdən daim möhkəm olması Azərbaycan dövlətini siyasi və iqtisadi cəhətdən tənəzzülü ilə mümkündür ki, onun fəaliyyəti də hər zaman məhz bu məqsədə xidmət edib... Leyla Yunus özü də fərqində olmadan özünün ifşa olunma prosesini günü -gündən sürətləndirir. Biz demək olar ki, hər gün onun növbəti yalanının və uydurmasının şahidi oluruq. Məsələn bir neçə gün əvvəl yüngül qızdırma ilə əlaqədar vəkillərlə görüşə bilmədiyini deyən Leyla Yunus vəkillərlə növbəti görüşündə hansısa bir polis mayoru tərəfindən vəhşicəsinə döyüldüyünü, üst-üstə böyrəyindən və digər nahiyələrindən ağır zərbələr aldığını iddia edir. Burada istər-istəməz belə bir sual yaranır. Yanından yel keçəndə yatağa düşən bu xanımcığaz necə olur ki, bu cür şiddətli zərbələrdən sonra sağ qalır hətta qəbullar da keçirərək, açıqlamalar verir, bəyanatlar verir. Deməli bu da Leyla Yunusun növbəti ağ yalanıdır və beynəlxalq təşkilatların diqqətini çəkmək, məzlum obrazına bürünmək üçün etdiyi cəhdlərdən biridir.

Çox böyük ehtimalla Azərbaycan qadınına məxsus ar, namus, ləyaqət kimi müqəddəs dəyərlərdən, iffət, həya kimi mental kodlardan mərhum olan daha doğrusu mərhum doğulan Leyla Yunus yaxınlarda cinsi zorakılığa məruz qaldığını da iddia edəcək. Leyla Yunus kimilər üçün məqsədə çatmaq üçün istənilən vasitə qəbul olunandır. Məqsəd isə ermənilər tərəfindən müəyyənləşdirilib və "Böyük Ermənistan" planının tərkib hissədir. Leyla Yunusla Ermənistan dövlətinin eyni amala xidmət etdiyini anlamaq üçün gəlin çox uzağa getməyək. Bir neçə gün əvvəl onun Fransa prezidentinə yazdığı məktubu gözdən keçirsək Leyla Yunusun fəaliyyətinin ana qayəsi ilə Ermənistan dövlətinin milli ideologiyası arasındakı paralelləri, hətta eyniyyəti açıq aşkar-görə bilərik. Məktubun müəllifinin Leyla Yunus olduğunu bilməsək, yəqin ki hansısa qatı daşnak tərfindən yazıldığını güman edərdik. Fransanı, dolayısı ilə Avropanı Azərbaycanla əməkdaşlıqdan imtinaya səsləmək, Azərbaycan Prezidentinin Avropada xüsusən Qarabağ məsələsində sərgilədiyi qətiyyətli mövqeyi sarsıtmağa cəhd göstərmək, yüzminlərlə Azərbaycanlının qanını axıtmış yağı düşmənlə eyni səngərə girmək üçün nə dərəcədə öz dövlətinə, vətəninə nifrət bəsləməlisən? Bunun səbəbini, əlbəttə ki, genetik kodlarda axtarmaq lazımdır...

Leyla Yunusa kim, niyə və hansı mükafatı verir?

Avropa Parlamentinin bir neçə üzvü və bəzi QHT nümayəndələri Leyla Yunusu qəhrəmanlaşdırıb "Saxarov" mükafatı ilə ödülləndirmək istəyirlər. (Məlumat üçün deyim ki, bir neçə gün əvvəl Avropa Parlamentində Azərbaycan haqqında qəbul olunmuş qərəzli qətnamənin arxasında da əsasən həmin heyət var! Bu artıq bir ənənə halını alıb ki, ölkəsinə xəyanət edən, milli dəyərlərini ayaqlar altına atan, guya ki, kosmopolit düşüncə tərzinin daşıyıcıları olan insanlar beynəlxalq mükafatlara layiq görülürlər. Məsələn Orxan Pamuk, müəyyən mənalarda Əkrəm Əylisli və son olaraq Leyla Yunus...
Bu təşəbbüsün ideya müəlliflərindən biri Avropa Parlamentinin avstriyalı üzvü Ulrike Lunaçek hesab edir ki, Leyla Yunus Azərbaycanla Ermənistan arasında barışıq axtararkən xəyanətdə ittiham olunub. Maraqlıdır Leyla Yunus bir Azərbaycanlı olaraq niyə təslimçilik axtarışına çıxıb? Ərazisi işğal olunan, minlərlə yurddaşı öldürülən, işğaldan əziyyət çəkən Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş haqları barədə niyə danışmırlar? Axı hər kəsə aydındır ki bu barışıq missiyası pərdəsi altında casusluq fəaliyyəti yürüdülür. Nə qədər ibrətamizdir ki, ermənipərəst fəaliyyətinə görə Leyla Yunusun namizəd göstərildiyi bu mükafat öz adını qatı ermənipərəst bir insandan, akademik Saxarovdan alıb. Bu həmin Saxarovdur ki, həyat yoldaşı Yelena Bonner Alixanyanın təsirinə düşərək, hələ SSRİ dövründə Qarabağın Ermənistana birləşdirilməsi üçün fəal çalışıb, Sumqayıt təxribatlarında Azərbaycanı ittiham edib, ümumiyyətlə hər zaman anti-azərbaycan ovqatına köklənib. Necə deyərlər su axar çuxurunu tapar... Erməni lobbisi və diasporası məhz bu xüsusi məna daşıyan mükafatla Leyla Yunusu ödülləndirmək istəyir. Ulrike Lunaçek daha da irəli gedərək, Leyla Yunusla akademik Saxarovu eyniləşdirməyə çalışır. Burada bir məntiq əlbəttə ki var. Miqyasına görə Saxarovla müqayisədə heç kim olan Leyla Yunus, Azərbaycana nifrət həddinə görə nəinki akademiki və onun arvadını geridə qoyub, hətta iliyinə qədər antiazərbaycan ovqatına köklənmiş, ermənipərəst Qalina Starovaytovanı da ötüb keçib. Ümumiyyətlə Leyla Yunusun da bu cərgəyə qoşulması ilə natamam qalmış trio-Yelana Bonner, Qalina Starovaytova və Leyla Yunus triosu tamamlanmış oldu... Amma məhvə məhkum və arxivə gömülməyə məhkum trio...

Kaspi.az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.