Siyasət

Xəzəryanı ölkələr dəniz məkanı üzərində suverenlik barədə razılığa gəliblər

29 Sentyabr 2014 18:16
0 Şərh     Baxış: 555
Beş Xəzəryanı dövlətin liderləri ölkələrdən hər birinin 15 mil və 10 "balıq ovu" mili civarında sahilboyu dəniz məkanı üzərində milli suverenlik prinsipləri haqqında razılığa gəliblər.

Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə "Xəzər beşliyi" liderlərinin qəbul etdikləri siyasi bəyanatda deyilir.

Siyasi bəyanatda qeyd olunur: "Xəzər dənizində tərəflərin fəaliyyəti, o cümlədən tərəflərin bioloji su resursları hasilatına olan müstəsna hüququ ölkələrdən hər birinin 15 və 10 dəniz mili civarında sahilboyu dəniz məkanı üzərində razılaşdırılmış prinsiplər əsasında həyata keçiriləcək".

Qeyd edək ki, bu gün Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammiti keçirilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.