Siyasət

Putin Xəzərin statusu haqqında konvensiyanın növbəti sammitdə qəbul olunacağına ümid edir

29 Sentyabr 2014 17:56
Baxış: 458
Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanda keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammitində Xəzərin hüquqi statusu haqqında konvensiyanın qəbul olunacağına ümid etdiyini bildirib.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, V.Putin Həştərxanda IV Xəzər sammitində deyib ki, qarşıda Xəzərin hüquqi rejimi haqqında konvensiyanın hazırlanmasını başa çatdırmaq məsələsi var: "Əminəm ki, biz hələ razılaşdırılmamış müddəalar üzrə razılığa gəlmək və növbəti sammitdə konvensiyanı qəbul etmək əzmindəyik".

Onun sözlərinə görə, liderlərin məhdud tərkibdə görüşündə siyasi bəyanat üzrə razılıq əldə olunub: "Bəyanatda Xəzərdə beştərəfli əməkdaşlığın əsas prinsipləri əks olunub. Bu razılaşmalar beş ölkənin uzunmüddətli maraqlarına cavab verir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.