"Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal edilmiş əraziləri mövzusunun Siyasi komitədə müzakirəsinə, bununla bağlı ayrıca məruzəçi təyin etməyə ciddi əsaslar var".
Trend-in məlumatına görə, bu fikirləri Avropa naminə Liberal və Demokratların Alyansı (ALDE) partiya qrupunun bu gün keçirilən iclasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov səsləndirilib.
Qeyd edək ki, ALDE partiya qrupunun iclasında Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal edilmiş əraziləri ilə bağlı məsələyə də baxılıb.
Millət vəkili bildirib ki, AŞ PA bürosu bir müddət əvvəl keçirilmiş iclasında "Dağlıq Qarabağ və digər işğal edilmiş Azərbaycan ərazilərində vəziyyətin eskalasiyası" adlı yeni məruzənin hazırlanması məsələsinə müsbət münasibətini ifadə etmiş və mövzu üzrə məruzəçi təyin edilməsi üçün Siyasi İşlər və Demokratiya komitəsinə müraciət etmişdi. Bu, Ermənistan siyasi dairələrində ciddi narahatlıq doğurmuş və onlar məsələnin müsbət həllinə mane olmaq üçün müxtəlif təxribatlara əl atmaqdadırlar. ALDE partiya qrupunun iclasında Ermənistan nümayəndəsi çıxış edərək problem üzrə məruzəçi təyin edilməsinə ehtiyac olmadığını bildirmiş, bunu Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsi məsələsinin araşdırılmasının ATƏT-in Minsk qrupunun səlahiyyətində olması ilə izah etmişdi.
R.Hüseynov çıxışında bu iddianın əsassız olduğunu diqqətə çatdırıb: "Məlum bir həqiqətdir ki, konflikt varsa, onu həll etməyə çalışmaq lazımdır. Bunun üçün dialoq, müzakirələr lazımdırsa, belə müzakirələrdən qaçmaq yox, onların baş tutmasına, davamlı olmasına çalışmaq lazımdır. Zənnimcə, Büronun təklif etdiyi və Siyasi komitəyə göndərməyi tövsiyə etdiyi sərlövhə mahiyyəti dolğun və dəqiq ifadə edir. Məhz Dağlıq Qarabağ və Azərbaycanın digər işğal edilmiş ərazilərində son dövrlərdə getdikcə artan gərginlik belə bir zərurəti doğurub. Ona görə də bu mövzunun Siyasi komitədə müzakirəsinə, bununla bağlı ayrıca məruzəçi təyin etməyə ciddi əsaslar var. Münaqişədə olan hər iki ölkə monitorinq altındadır. Lakin monitorinqlə bağlı hesabatlarda ayrı-ayrı problemlər barədə ümumi bəhs etmək lazım gəlir. İşğal problemi, son dövrdə işğal altındakı ərazilərdə zor tətbiqinin şiddətlənməsi, gərginliyin kritik həddə qədər artması isə bütün bunları ayrıca, təfərrüatı ilə araşdırmağı tələb edir. Bundan qorxmaq, ehtiyatlanmaq lazım deyil. Bu həqiqətləri aşkarlamaq və düzgün həll formaları tapmaq gərəkdir. Belə müzakirələrin qarşısını almağa çağırışlar bir tərəfdən zəiflik əlamətidirsə, digər tərəfdən, öz haqsızlığını əvvəlcədən etiraf etmək deməkdir".
O, məsələnin AŞ PA-nın Monitorinq komitəsinə yönəldilməsini qəti şəkildə məqsədəuyğun saymadığını və Büronun tövsiyəsinin tamamilə obyektiv olduğunu və ona əməl olunmasının vacibliyini vurğulayıb: "Bunun əleyhinə istənilən çağırış məntiqə ziddir və Assambleyanın iradəsi əleyhinə hərəkət etmək deməkdir".
Milli.Az
Siyasət
Rafael Hüseynov: "Dağlıq Qarabağ mövzusunun Siyasi komitədə müzakirəsinə, bununla bağlı ayrıca məruzəçi təyin etməyə ciddi əsaslar var"
29 Sentyabr 2014 17:43
0 Şərh
Baxış: 633
DİGƏR XƏBƏRLƏR
- "Ermənistanın 4 kəndi qaytarması sülh prosesinin gələcəyi üçün ümidverici irəliləyişdir"
- Prezidentin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib
- Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
- Prezident Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
- Prezident: Quru sərhədlərinin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
- İlham Əliyev: Biz qonşularla yaxşı münasibətlər qura bilmişik
XƏBƏR LENTİ
- Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb
- Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…
- Şəxsiyyət testi - Şəkildə ilk nə gördünüz?
- Ərdoğan CHP sədri ilə görüşdü
- Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı verildi - FOTOlar
- Məşhur yazıçıdan ŞOK açıqlama - "Yadplanetlilər yumurta hüceyrələrimi oğurladılar"
- Britaniya Polşaya qırıcılarını göndərir - Sunak
- Ürəyi gücləndirmək üçün - Təsirli RESEPT
- 15 yaşlı məktəbli qəbiristanlıqda iki qızı bıçaqladı
- Azərbaycana ən çox turist bu ölkələrdən gəlir
- Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI
- Bu ərazilərdə qaz olmayacaq
- “Simpsonlar”ın 2024-cü illə bağlı PROQNOZLARI - Reallaşanlar və qorxunc ehtimallar - FOTO
- COP29 vasitəsilə xarici media Azərbaycanın gördüyü işlərdən xəbərdar olacaq - Jean de Brabander
- Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu - FOTO
- Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
- Külli miqdarda rüşvət alan vergi rəisi tutuldu
- 12 barmaqlı körpə doğuldu - FOTO
- Meyxanaçı Samirənin müğənni qızının səhnə performansı GÜNDƏM OLDU - VİDEO
- "Ermənistanın 4 kəndi qaytarması sülh prosesinin gələcəyi üçün ümidverici irəliləyişdir"
- Prezidentin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib
- Aktyor 1 kilo kokainlə tutuldu
- Qazaxın azad edilən kəndində Azərbaycan bayrağı qaldırıldı - VİDEO
- Almaniya kansleri Putinə nəyi qadağan edib?