Siyasət

Xəzəryanı ölkələr 2016-cı ildə birgə təlimlər keçirəcəklər

29 Sentyabr 2014 17:13
Baxış: 698
"Moskva Xəzəryanı ölkələrə - Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistana 2016-cı ildə fövqəladə reaksiya vermə xidmətlərinin birgə irimiqyaslı təlimlərini keçirməyi təklif edib".

Trend-in RİA Novsoti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin IV Xəzər sammitinin geniştərkibli iclasında deyib.

V.Putin qeyd edib: "Birinci addım kimi 2016-cı ildə beş ölkənin iştirakı ilə fövqəladə reaksiya vermə xidmətlərinin irimiqyaslı təlimlərini keçirməyi təklif edirik ki, bu da təcrübədə xilasetmə bölmələrinin məlumatlandırma və əlaqələndirmə prosedurlarını işləməyə imkan verəcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.