Siyasət

Ann Brasör: "Üzv ölkələrin ərazi bütövlüyünə hörmət Avropa Şurasının əsas prinsiplərindən biridir"

29 Sentyabr 2014 15:37
0 Şərh     Baxış: 680

"Avropa Şurasına üzv ölkələrin ərazi bütövlüyünə hörmət edilməsi qurumun müdafiə etdiyi əsas prinsiplərdən biridir"

Trend-in məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Ann Brasör qurumun payız sessiyasının birinci iş günü keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağla bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, hər bir ölkə bilməlidir ki, onun ərazi bütövlüyü qorunur və hörmət olunur.

A.Brasör qeyd edib ki, AŞ PA-da Azərbaycan və Ermənistan parlament nümayəndələrinin görüşməsi vacib şərtdir: "Məndən əvvəlki sədr Jan-Klod Minyon iki ölkənin nümayəndələrini bir araya gətirməyə nail olmuşdu. Amma mən buna nail ola bilmədim. Nümayəndə heyətləri bundan imtina etdilər. Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüşlərin təşkili, deyərdim ki, mümkünsüzdür".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.