Siyasət

“ABŞ istəyir ki, Xəzər dənizinin qazının Avropaya ixracatı Azərbaycan üzərindən gercəkləşdirilsin”

20 Sentyabr 2014 21:11
0 Şərh     Baxış: 787

"Azərbaycanı bölgədə enerji təhlükəsizliyi məsələsində əsas tərəfdaş kimi görürük". 

Milli.Az APA-ya istinadən bildirir ki, bunu bu gün jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn deyib. O qeyd edib ki, hazırda regionda gerçəkləşən layihələr böyük uğurla gündəmə gəlib: "ABŞ bu layihələrin uğurlu olmasından məmnundur. Biz istəyirik ki Azərbaycanın bu layihədə iştirakı və layihələrin genişləndirilməsi davam etsin. Azərbaycanı bölgədə enerji təhlükəsizliyi məsələsində əsas tərəfdaş kimi görürük".

Azərbaycan, Türkiyə və Gürcüstandan başqa digər region dövlətlərin də layihədə iştirakı barədə jurnalistlərin sualına cavab verən Amos Hokstayn qeyd edib ki, regiondakı beynəlxalq layihələrin genişləndirilməsi ABŞ-ın da marağındadır, lakin bunu ölkələr öz aralarında konsensus yolu ilə həll etməlidirlər: "Məsələn, Türkmənistanın bu layihədə iştirakı gündəmdədir, lakin dövlətlər yalnız öz aralarında razılıq əldə edərək bu layihənin gerçəkləşdirilməsinə nail ola bilərlər.

İranın layihədə iştirakı məsələsinə toxunan ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi bildirib ki, İranla ABŞ arasında hazırda nüvə proqramı ilə bağlı danışıqlar gedir, əgər İran tərəfi əməkdaşlığı davam etdirsə, başqa məsələlərdə beynəlxalq enerji layihələri bağlı məsələlərdə də müəyyən irəliləyişlərə nail olmaq olar.

Rusiyanın regionda gerçəkləşdirilən neft-qaz layihələrin Rusiyanı narahat edib-etməyəcəyi barədə sualı cavablandıran Amos Hokstayn deyib ki, əgər layihələrdə iştirak edən dövlətlər öz aralarında müəyyən razılığa gəlirlərsə və ortaq fikrə sahibdirlərsə bu Rusiyanı narahat etməməlidir. "Biz inanmırıq ki, bu layihələrin gerçəkləşdirilməsi Rusiyanın mövqeyinə hansısa bir ziddiyyət təşkil edir. ABŞ istəyir ki, layihələr regionda sabitlik, sülh və təhlükəsizlik şəraitində gerçəkləşdirilsin".
 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.