Siyasət

Prezident İlham Əliyev Malta və Malinin dövlət başçılarını təbrik edib

20 Sentyabr 2014 18:07
Baxış: 433
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Malta və Malinin dövlət başçılarını təbrik edib.

Milli.Az AzərTAc-a istinadən bildirir ki, Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Prekaya ünvanlanmış təbrikdə deyilir:

"Hörmətli xanım Prezident,
 

Malta Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
 

İnanıram ki, Azərbaycan ilə Malta arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
 

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
 

Mali Respublikasının Prezidenti İbrahim Bubakar Keytaya ünvanlanmış təbrikdə deyilir:
 

"Hörmətli cənab Prezident,

Mali Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
 

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Mali xalqına sülh və tərəqqi diləyirəm".
 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.