Siyasət

Prezident İlham Əliyevin iştirakı ilə "Cənub Qaz Dəhlizi"nin təməli atılıb - YENİLƏNİB

20 Sentyabr 2014 19:16
Baxış: 1 763
13:53

Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Səngəçal terminalında "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimində iştirak edib.

Trend-in məlumatına görə, tədbirə Gürcüstanın, Türkiyənin, Avropa ölkələrinin və ABŞ-ın rəsmi nümayəndələri də qatılıblar.


Mərasimdə Bolqarıstan prezidenti Rosen Plevneliev, Yunanıstanın Baş naziri Antonis Samaras, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Monteneqronun Baş naziri Milo Cukanoviç, Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio Deviçenti, BP şirkətinin icraçı direktoru Robert Dadli və digər rəsmi şəxslər, şirkət nümayəndələri iştirak ediblər.
 

İlk borunun üzərində "Cənub Qaz dəhlizi"nin keçəcəyi ölkələrin, eləcə də ARDNŞ və BP-nin bayraqlarının əksi olub.

Dövlət başçısı və mərasim iştirakçıları qaz boru kəmərinin üzərinə imzalarını atıblar.
 

----------
13:07

Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Səngəçal terminalında "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimində iştirak edir.

Trend-in məlumatına görə, tədbirə Gürcüstanın, Türkiyənin, Avropa ölkələrinin və ABŞ-ın rəsmi nümayəndələri də qatılıblar.

Dövlət başçısı və mərasim iştirakçıları qaz boru kəmərinin üzərinə imzalarını atıblar.

Milli.Az

----------
19:16

Böyütmək üçün şəkillərə klikləyin



Foto: AzərTAc

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.