Siyasət

Prezident İlham Əliyev ilə Yunanıstanın Baş naziri Antonis Samarasın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub - FOTO

19 Sentyabr 2014 22:59
Baxış: 599
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Yunanıstan Respublikasının Baş naziri Antonis Samarasın təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, "Cənub" qaz dəhlizinin reallaşmasının əhəmiyyəti vurğulandı. Qeyd edildi ki, Azərbaycan ilə Yunanıstan arasında əməkdaşlıq əlaqələrinin böyük perspektivi var.

Söhbət zamanı ikitərəfli münasibətlər, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

X X X

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sentyabrın 19-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Yunanıstan Respublikasının Baş naziri Antonis Samarasın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edildi. Enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu, "Cənub" qaz dəhlizinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Yunanıstanın Baş naziri Antonis Samarasın Azərbaycana səfəri
Prezident İlham Əliyevin və Baş nazir Antonis Samarasın təkbətək görüşü

 



Geniş tərkibdə görüş




Foto: AzərTAc

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.