Siyasət

Sumqayıt şəhərinin inkişafında xidmətləri olan şəxslər mükafatlandırıldılar

19 Sentyabr 2014 19:58
Baxış: 683

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqındasərəncam imzalayıb.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Sumqayıt şəhərinin sosial və iqtisadi inkişafında xidmətləri olan aşağıdakı şəxslər Sumqayıt şəhərinin 65 illiyi münasibətilə "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Əliyev Rüstəm Məhərrəm oğlu

Əliyeva Xanım Əliabbas qızı

Ənsərov Vəzirxan Nəbi oğlu

Qarayev Sahib Səhyəddin oğlu

Rüstəmov Etibar Fəyyaz oğlu".

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqındasərəncam imzalayıb.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Sumqayıt şəhərinin sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərə Sumqayıt şəhərinin 65 illiyi münasibətilə aşağıdakı fəxri adlar verilsin:

"Əməkdar Mühəndis"


Əliyev Abit Sadıx oğlu
Mustafayev İdris Ağa oğlu

"Əməkdar Artist"


Ağakişiyev Rauf Fikrət oğlu
Səfərova İlahə Qiyas qızı

"Əməkdar Həkim"

Hüseynquliyev Nazim Hüseyn oğlu

"Əməkdar Jurnalist"


Bayramov Rafiq Hüseyn oğlu

"Əməkdar Müəllim"


Ağayeva Bəsirə Abdulla qızı
Qasımov Fikrət Qasım oğlu
Məmmədova Elba İsgəndər qızı"

Milli.Az
 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.