Siyasət

Yunanıstanın Baş naziri Azərbaycana səfərə gəldi

19 Sentyabr 2014 18:03
Baxış: 458
Yunanıstan Respublikasının Baş naziri Antonis Samaras sentyabrın 19-da Azərbaycan Respublikasına səfərə gəlib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Yunanıstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Antonis Samarası hava limanında Azərbaycanın energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşıladılar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.