Daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikasında rəsmi səfərdə olub.
Daxili Qoşunların mətbuat xidmətindən Trend-ə bildiriblər ki, səfərin birinci günü general-mayor Şahin Məmmədov Belarus Respublikasının Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Yuri Karayevlə görüşüb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə general-mayor Y.Karayev general-mayor Ş.Məmmədovu səmimi salamlayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Belarus Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında əməkdaşlıqdan məmnunluğunu vurğulayıb.
General-mayor Ş.Məmmədov səmimi və qonaqpərvər qəbul üçün dərin təşəkkürünü bildirərək, Belarus Respublikasına rəsmi səfərinin əməkdaşlığın uğurlu inkişafına dəstək verəcəyini bildirib.
Səfər çərçivəsində general-mayor Ş.Məmmədovu Belarus Respublikasının Daxili İşlər Naziri milis general-mayoru İqor Şuneviç qəbul edib. Görüş zamanı Belarus Respublikasının Daxili İşlər Naziri hər iki dövlətin müvafiq qrumları arasında münasibətlərin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
Səfər proqramına uyğun olaraq, Daxili Qoşunların nümayəndə heyəti Belarus Respublikasının Daxili Qoşunlarının müxtəlif təyinatlı hərbi hissələrində xidməti-döyüş fəaliyyəti ilə tanış olub.
Nümayəndə heyəti həmçinin, Belarus Respublikasının tarixini əks etdirən muzey kompleksini və Belarus Respublikasının Daxili Qoşunlarının mərkəzi muzeyini ziyarət edib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Siyasət
Daxili Qoşunların Komandanı Belarusda rəsmi səfərdə oldu - FOTO
19 Sentyabr 2014 15:40
Baxış: 630
DİGƏR XƏBƏRLƏR
- Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub
- Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib
- Qırğızıstan lideri Azərbaycana gəlir - Hansı sənədlər imzalanacaq?
- Ceyhun Bayramov Çexiyada bir sıra şəxslərlə fikir mübadiləsi aparıb - FOTOlar
- "Ermənistanın 4 kəndi qaytarması sülh prosesinin gələcəyi üçün ümidverici irəliləyişdir"
XƏBƏR LENTİ
- "Bu, onun başı üçün deyil" - Xalq artistinə CAVAB VERDİ
- Bizim Bəhram “Ulduzlu İdman”da: Hətta Neptunun belə məharəti yoxdur - VİDEO
- Bu ölkədə milçəkdən çörək bişirilməyə başlanıldı
- Çalhanoğludan “İnter”in prezidentinə: “Bir fincan qəhvə Tyuram və məndən bahadır”
- Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO
- Azad edilmiş rayonlarda ət və süd istehsalının həcmi - SİYAHI
- İşə gedərkən qaçırılan qız tapıldı - Təfərrüat - YENİLƏNİB - FOTO
- Ən qısqanc qadınların bürcləri – Ərlərini nəfəs almağa qoymurlar
- Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- Sabah hava necə olacaq?
- 5 ildən sonra İrana getdi
- Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO
- Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub
- Cavanşir Məmmədovun son sözü bu olub - 3 dəfə deyib keçindi - VİDEO
- “Qırmızı Berelilər” erməni polkovniki döydülər
- AMEA-da yeni şöbələr yaradıldı
- Azərbaycan və Başqırdıstan bir sıra saziş imzalayıb
- Hadrutdan ürəkaçan görüntülər - VİDEO
- Toy günü bəy gəlinin rəfiqəsinə qoşulub getdi - FOTO
- Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib
- Saxlanılan Şoyqunun müavini barəsində qərar verildi
- La-Manş boğazını keçmək istəyən 5 nəfər öldü - Biri uşaqdır
- Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...
- “Anam məni dünyaya gətirmək istəmirmiş” - VİDEO