Siyasət

Əhməd Davudoğlu Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi

19 Sentyabr 2014 11:51
Baxış: 494
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu sentyabrın 19-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra, Əhməd Davudoğlu sentyabrın 19-da Şəhidlər xiyabanında olub.

Baş nazir Əhməd Davudoğlu Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Türkiyənin Baş nazirinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Sonra Türkiyənin Baş naziri Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüb.

Baş nazir Əhməd Davudoğlu xatirə kitabına ürək sözlərini yazıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.