Siyasət

Toylarla bağlı qanun layihəsi hazırlanacaq

19 Sentyabr 2014 11:07
4 Şərh     Baxış: 3 769

"Azərbaycanda toy məclislərinin keçirilməsi qaydaları ilə bağlı Milli Məclisdə qanun layihəsi hazırlanacaq"

Bunu Trend-ə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.

M.Qurbanlı hesab edir ki, Azərbaycanda xalq özü toy qaydalarına da böyük düzəliş edəcək, lakin bu sahədə qanunların tətbiqi də mümkündür: "Bunu necə etmək olar? Birincisi, toy məclislərində səsgücləndiricilərlə yayılan səsin hüdudu müəyyənləşdirilməlidir. İkincisi, restoran və şadlıq evlərində toy məclisləri üçün menyu olmalıdır. Toy sahibi istəsə, yeməkləri həmin menyu ilə, istəməsə başqa yeməkləri sifariş edə bilər. Üçüncüsü, bütün şadlıq evləri ekologiyanı pozur. Onların bişirdikləri kababın tüstüsü ətraf mühitdə böyük ekoloji çətinliklər yaradır. Bu və digər məsələlərə nəzarət edilməlidir. Hazırda Milli Məclisdəki dostlarımız bu məsələnin üzərində işləyirlər və bununla əlaqədar qanun layihəsi hazırlayacaqlar. Artıq toy məclislərinin qanunla tənzimlənməsi sosial tələbata çevrilib".

Qeyd edək ki, Mübariz Qurbanlı ardıcıl dörd çağırış Milli Məclisin üzvü olub. Azərbaycan Prezidenti İlham Əliyevin 21 iyul 2014-cü il tarixli Sərəncamı ilə isə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.