Siyasət

Türkiyəli hərbçilər Azərbaycanda

18 Sentyabr 2014 19:37
Baxış: 554
Türkiyənin hərbi tədris müəssisələrinin nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Milli.Az-ın məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycanla Türkiyə arasında 2014-cü il üçün illik hərbi əməkdaşlıq planına uyğun olaraq, Türkiyənin hərbi tədris müəssisələrinin zabit, gizir və kursantlarından ibarət nümayəndə heyəti ölkəmizə tanışlıq səfərinə gəlib.

Səfər çərçivəsində qonaqlar bu gün Cəmşid Naxçıvanski adına Hərbi liseydə olublar. Türkiyə nümayəndə heyəti Hərbi liseyin komandanlığı ilə görüşüb və onlara məktəb haqqında brifinq təqdim olunub. Qonaqlar məktəbin ərazisi, tədris korpusları, maddi-texniki bazası və liseyin muzeyini gəzib, o cümlədən tədris prosesi ilə tanış olublar. Sonda qonaqlara lisey adından xatirə hədiyyəsi təqdim edilib.

Səfər sentyabrın 20-də sona çatacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.