Siyasət

Ceyms Uorlik: "NATO Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır"

17 Sentyabr 2014 15:59
0 Şərh     Baxış: 1 328
"NATO bəyannaməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün çıxış nöqtələri qismində BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanır".

Trend-in məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Novosti Armeniya"ya deyib.

Onun sözlərinə görə, prinsiplərə güc tətbiq etməmə, ərazi bütövlüyü, həmçinin xalqların öz müqəddəratını təyinetmə hüququ daxildir: "Nizamlanma bütün prinsiplərə əsaslanmalıdır. Həmsədr ölkələr davamlı tənzimləməyə nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəklər".

Diplomat qeyd edib ki, azad və dinc Avropa ideyalarına sadiq qalan alyans kimi NATO uzunmüddətli münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərir: "Qeyd etmək lazımdır ki, NATO sammitinin bəyannaməsi tərəfləri danışıqların müəyyən edilmiş formatı çərçivəsində nizamlama istiqamətində işləməyə çağırıb. Dağlıq Qarabağ münaqişəsinə gəlincə, tərəflərin razılaşdıqları və tam dəstəklədikləri format ATƏT-in Minsk qrupudur".

Dağlıq Qarabağ münaqişəsi üzrə bəyannamə və məruzəni AŞ PA-ya təqdim etmək təşəbbüsünü şərh etmək xahişinə cavab olaraq diplomat vurğulayıb ki, Minsk qrupunun həmsədrləri Avropa Şurası Parlament Assambleyası tərəfindən atılan addımları görüblər: "Biz qeyd etmək istəyirik ki, ATƏT-in Minsk qrupu prosesi tərəflərin və beynəlxalq ictimaiyyətin tanıdığı danışıqlar formatıdır. Ümid edirik ki, bütün tərəflər davamlı tənzimləmənin tapılması üçün bizimlə konstruktiv şəkildə işləyəcəklər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.