"Azərbaycan və Macarıstan hava nəqliyyatı haqqında yeni saziş imzalaya bilərlər. Həmin sazişə əsasən, Macarıstanın "WizzAir" aviaşirkətinin təyyarələrinin Bakıya uçuş müddəti uzadılacaq".
Bu barədə Trend-ə Macarıstanın ölkəmizdəki səfiri Jolt Çutora bildirib.
Diplomat xatırladıb ki, "WizzAir" Azərbaycanda artıq bir ildən çoxdur fəaliyyət göstərir: "Aviaşirkətin təyyarələri həftədə iki dəfə Bakı-Budapeşt-Bakı marşrutu üzrə uçuşlar yerinə yetirirlər. Oktyabrın 26-da iki ölkənin Mülki Aviasiya administrasiyaları arasında imzalanmış əməkdaşlıq haqqında memorandumun müddəti başa çatır. Memorandumun ilk fəaliyyət müddəti 2014-cü il aprelin 18-də başa çatıb və üç ay müddətinə uzadılıb. Daha sonra Macarıstan tərəfi Azərbaycan hökumətinə aviaşirkətin təyyarələrinin uçuş müddətinin uzadılması barədə müraciət edib. Gələn həftə Azərbaycan nümayəndə heyəti yeni sazişin mətnini razılaşdırmaqdan ötrü Budapeştə səfər edəcək. Paraflanmadan sonra saziş Azərbaycan hökumətinin nümayəndə heyətinin Macarıstana səfəri çərçivəsində imzalanacaq".
Onun sözlərinə görə, "Azərbaycan Hava Yolları" QSC (AZAL) də Bakı-Budapeşt-Bakı marşrutu üzrə hava nəqliyyatını həyata keçirməyi planlaşdırır və bütün detallar Budapeştdə danışıqların yekunundan sonra məlum olacaq.
Hazırda Macarıstan aviaşirkətinin "Airbus" təyyarələri bazar ertəsi və cümə günləri Budapeştdən Bakıya, çərşənbə axşamı və şənbə günləri isə Bakıdan Budapeştə uçuşlar həyata keçirirlər.
J.Çutoranın sözlərinə görə, bundan əlavə, turistlərin böyük axını ilə əlaqədar səfirlik payızda konsulluq şöbəsinin fəaliyyətini genişləndirməyi planlaşdırır.
Səfir qeyd edib ki, payızın sonunda Macarıstanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi viza alınması üçün pasportların qəbulunu Macarıstan şirkətlərindən birinin idarə etdiyi Viza Mərkəzinə tapşıracaq ki, bu da Azərbaycan vətəndaşlarının Macarıstan vizası alması prosedurunu xeyli asanlaşdıracaq.
Milli.Az
Siyasət
Macarıstan təyyarələrinin Azərbaycana uçuş müddəti uzadıla bilər
17 Sentyabr 2014 15:54
0 Şərh
Baxış: 788
DİGƏR XƏBƏRLƏR
- Ermənilərə Brüssel tələsi: Qərb yeni səhvə doğru gedir
- CAR lideri İlham Əliyevi təbrik edib
- “Avtomobil yolları haqqında” qanun dəyişdi
- Solovyov yenə geri addım atdı - Uğursuz erməni sifarişi
- Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?
- Muzdlu kölənin arzuları: Rasmussen yeni müharibə istəyir
XƏBƏR LENTİ
- Ermənilərə Brüssel tələsi: Qərb yeni səhvə doğru gedir
- Bu şəxslər üçün cəzalar sərtləşdirilir
- Fələstində ermənini nazir təyin etdilər
- Gülyaz Məmmədova xarici ölkə prezidenti ilə görüşdü - FOTO
- Hakim vəzifəsinə namizədlər üçün bu tələb ləğv edilir
- "️Crocus"da yaralananların sayı 382-yə çatdı
- Yunanıstanda güclü zəlzələ oldu
- Satışa çıxarılan "Prius"ların sayı 3 dəfə artdı - Nə baş verir?
- Bu dəfə Şəbnəm Nigara söz atdı: "Külək kimi əsir"
- “Qarabağ”ın çempionluğu: Bu gün, sabah, yoxsa...
- “Xalq artisti Ağadadaş Ağayevi duelə çağırıram”
- “Prius”lar bir gecədə kəskin ucuzlaşdı - Yeni qiymət - FOTO
- Ramazan ayının on doqquzuncu gününün iftar və namaz vaxtları - FOTO
- Mentalitet dəyişib, qadınlar dron uçurur - Modi
- "Lamborghini" 20 ildən sonra loqosunu dəyişdi - FOTOlar
- Maşınların arasında qalan MİS əməkdaşı ayaqlarını itirdi
- Ermənistanda Solovyovun verilişlərinin yayımı qadağan edildi
- Ər və arvada verilmiş hədiyyələr boşanma zamanı geri alına bilərmi? - VİDEO
- Bu ailə zəlzələdən sonra 7 aydır, çadırda yaşayır - FOTO
- 40 yaşında görünürəm - Bayden
- Burakın İngiltərədəki tədbiri ləğv edildi: Polis icazə vermədi - FOTO
- Xabi Alonso ilə bağlı qərar verildi
- Məşhur fenomen həbs edilib? - VİDEO
- Ombudsman Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yaydı