Siyasət

Azərbaycanda siyasi partiyalara şəxs il ərzində 10 min manatdan çox ianə ayıra bilməyəcək

16 Sentyabr 2014 14:44
Baxış: 625
Azərbaycanda xarici dövlətin qeyri-hökumət təşkilatı digər təşkilatla birləşdikdə, qoşulduqda və ya özü bölündükdə, təşkilati-hüquqi formasını dəyişdikdə onun Azərbaycan ərazisindəki filial və ya nümayəndəliyi ləğv ediləcək. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında komitənin sədri Әli Hüseynli məlumat verib.

O qeyd edib ki, bu məsələ "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Layihəyə görə, xarici dövlətin qeyri-hökumət təşkilatının filialının və ya nümayəndəliyinin rəhbərinin təyin edilməsi barədə sənəddə onun səlahiyyət müddəti göstərilməlidir.

Ә.Hüseynli bildirib ki, "Siyasi partiyalar haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, siyasi partiyaların üzvlük haqqı onların nizamnamələrində aydın şəkildə göstərilməlidir. Bununla yanaşı, siyasi partiyalara verilən ianələrin yuxarı həddi də müəyyən edilib. Siyasi partiyalara şəxsin bir il ərzində ən çoxu 10 min manat ianənin verilməsi nəzərdə tutulur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.