Siyasət

Prezident İlham Əliyev bir sıra görüşlər keçirib - YENİLƏNİB - FOTO

15 Sentyabr 2014 20:46
Baxış: 715
17:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Böyük Britaniyanın keçmiş müdafiə naziri, parlamentin üzvü Liam Foksu qəbul edib.

Milli.Az AzərTAc-a istinadən bildirir ki, görüşdə Liam Foks bildirdi ki, coğrafi və geosiyasi baxımdan əlverişli ölkə olan Azərbaycanın getdikcə əhəmiyyəti daha da artır. O, müəllifi olduğu kitabı dövlətimizin başçısına təqdim etdi.
Ölkəmizin siyasi və iqtisadi baxımdan uğurla inkişaf etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycanın mövqeyinin daha da möhkəmləndiyini məmnunluqla vurğuladı.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
 
----------
15:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli.Az AzərTAc-a istinadən bildirir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə dinamik şəkildə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın gündəliyində duran məsələlərin geniş şəkildə nəzərdən keçirilməsinin önəmini qeyd etdi. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Soçidə görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev həmin görüşdə ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı səmərəli müzakirələr aparıldığını vurğuladı. Hazırkı dövrdə ticarət dövriyyəsinin artırılması, o cümlədən iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən dövlətimizin başçısı Dmitri Roqozinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin yaxşı nəticələr verəcəyinə əminliyini ifadə etdi.

Böyük nümayəndə heyəti ilə Azərbaycana səfərə gəldiyini diqqətə çatdıran Dmitri Roqozin nümayəndə heyətinin tərkibində yüksək səviyyəli məmurların olmasının əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlərin operativ həlli baxımından əhəmiyyətini vurğuladı. Dmitri Roqozin komissiyanın bugünkü iclasında dövlət başçılarının Söçi görüşündə qarşıya qoyduqları vəzifələrin, o cümlədən enerji sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı yüksək səviyyəli işçi qrupunun yaradılması və əməkdaşlığmızın digər sahələri ilə əlaqədar məsələlərin ətraflı müzakirə olunacağını dedi.

Milli.Az


---------
20:46


Böyütmək üçün şəkillərə klikləyin

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanın keçmiş müdafiə naziri, parlamentin üzvü Liam Foksu qəbul edib



Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Hökuməti sədrinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib



Foto: AzərTAc

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.