Siyasət

Ərdoğan: "Türkiyə və Azərbaycan strateji tərəfdaşdırlar" - YENİLƏNİB

2 Sentyabr 2014 20:49
0 Şərh     Baxış: 874

20:49

Rəcəb Tayyib Ərdoğan
qeyd edib ki, Azərbaycana səfəri zamanı iqtisadi, siyasi, həmçinin ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunacaq.


Milli.Az Trend-ə istinadən xəbər verir ki, R.T.Ərdoğan bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli, Cənubi Qafqazda sabitlik Türkiyənin xarici siyasətində prioritet məsələlərdən biridir.
 

Onun sözlərinə görə, Türkiyə Cənubi Qafqazda sabitliyi həmişə dəstəkləyəcək: "Ankara Cənubi Qafqazdakı hadisələri diqqətlə izləyir".


---------
20:34

"Türkiyə və Azərbaycan strateji tərəfdaşdırlar".

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri ərəfəsində hava limanında jurnalistlərə deyib.
 

Onun sözlərinə görə, Azərbaycan və Türkiyəni iqtisadi münasibətlər, ümumilikdə qardaşlıq əlaqələri bağlayır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.