Siyasət

Azərbaycan ilə UNICEF arasında əməkdaşlıq perspektivləri müzakirə olundu

2 Sentyabr 2014 19:25
Baxış: 516
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov UNICEF-in ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Andro Şilakadzeni qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov UNICEF nümayəndəliyinin rəhbərini yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzu edib. Azərbaycanın sürətlə inkişaf etdiyini bildirən A.Şilakadze ölkəmizlə UNICEF arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.

Görüş zamanı Azərbaycan ilə UNICEF arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.